Nida Xəbər
İrəvan iki YOL AYRICINDA: 3 gün sonra Qarabağla bağlı NƏLƏR BAŞ VERƏCƏK?
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü
oktyabrın 16-da Cenevrədə olacaq.
Publika.az xəbər verir ki, görüşün Soçidə MDB dövlət
başçılarının sammiti çərçivəsində keçiriləcəyi gözlənilsə də, bu,
baş tutmadı. Soçi sammitindən iki gün sonra isə Ermənistanda hakim
Respublika partiyasının sədr müavini Armen Aşotyan prezidentlərin
gələn həftə Cenevrədə görüşəcəyini dedi. Bu gün isə Azərbaycan XİN
rəsmi açıqlamasında görüşün dəqiq tarixini açıqladı.
Prezidentlər səviyyəsində sonuncu təmas 2016-cı ildə Vyana və
Sankt-Peterburq görüşlərində olmuşdu. Bir ildən də artıq müddət
sonra yenidən görüşün keçirilməsi bütün diqqəti Dağlıq Qarabağ
münaqişəsinə yönəldir. Ehtimallar var ki, bu görüş Dağlıq Qarabağ
münaqişəsinin uzanmasında son ola bilər: ya razılaşma əldə
ediləcək, ya da müharibə başlayacaq.
Rusiyalı politoloq Qriqori Trofimçuk da bu fikrin tərəfdarıdır.
O, hesab edir ki, münaqişənin nizama salınması çərçivəsində
müşahidə olunan son proseslər ABŞ-ın Minsk qrupuna yeni həmsədr
təyin etməsi və xarici işlər nazirlərinin Nyu-Yorkda prezidentlərin
görüşü haqda razılığa nail olması ilə bağlıdır: “Bu razılıq müəyyən
optimizm yaradır. Görüşdən öncə əsəbi vəziyyətin olması fikrimcə,
normaldır. Prezidentlər görüşdən imtina etmir, sadəcə öz
fikirlərini və mövqelərini qeyd edirlər. Bu normaldır, çünki onlar
iqtisadi məsələlərin həlli üçün deyil, əhəmiyyətli problemin
müzakirəsi üçün görüşürlər”.
Rusiyalı politoloq hazırda diktə edən tərəfin Azərbaycan olduğunu
vurğulayıb.
“Azərbaycan “aprel müharibəsi”ndə ərazilərin bir qismini geri
qaytardı və hazırda diktə edən tərəf kimi Ermənistana təzyiq
göstərir. Azərbaycan özünə güvənir, sadəcə olaraq, danışıqların
gecikməsini qəbul etmir. Bakı nizama salma prosesinin daha sürətli
keçməsini istəyir. Ermənistan müharibənin başlamaması üçün
danışıqlara getməyə məcburdur. Çünki “aprel müharibəsi”nə qədər
erməni tərəfi vəziyyətə nəzarət edirdisə, bu gün güc Azərbaycanın
tərəfindədir. Sarkisyan anlayır ki, danışıqlardan imtina edəcəksə,
regionda hərbi vəziyyət qızışacaq. Digər tərəfdən, Ermənistan
nizama salma prosesində mühüm rol oynayan Rusiyaya görə bu
danışıqlara gedir. Əgər Ermənistan danışıqlardan imtina edəcəksə,
bu, müharibənin başlanması deməkdir”, - deyə o bildirib.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!