Qarabağda separatçıların "DÖYÜŞÜ" BAŞLANDI
Bizi izləyin

Nida Xəbər

Qarabağda separatçıların "DÖYÜŞÜ" BAŞLANDI

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma DQR-in “rəhbərliyi” arasında mübarizə başlayıb.

Publika.az
xəbər verir ki, separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanla “DQR” “prezidenti” Bako Saakyan arasında münasibətlər kəskinləşib.

“Jamanak” qəzeti yazır ki, qarşıdurmaya səbəb hakimiyyət bölgüsüdür.

“Balasanyan öz səlahiyyətləri çərçivəsində hərəkət etmir və daha azad şəkildə fəaliyyət göstərir, hətta Saakyana tabe olmur. Saakyan da buna qarşı olaraq sərt addımlar atır. Mənbələr Balasanyanın yaxın vaxtlarda istefaya göndəriləcəyini də istisna etmir”, - deyə erməni qəzet yazır.

Qəzet həmçinin qeyd edir ki, Balasanyan 2020-ci ildə Qarabağda “prezidentliyə namizəd” olmaq fikrindədir: “O, bunu son müsahibələrinin birində təsdiqlədi. Bu, Saakyan üçün ciddi xəbərdarlıqdır. Hazırda hakimiyyət daxili qarşıdurma pik həddədir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm