“Rusiya Ermənistana 100 milyon verir ki, danışıqlarda...” - Rasim Musabəyovdan AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

“Rusiya Ermənistana 100 milyon verir ki, danışıqlarda...” - Rasim Musabəyovdan AÇIQLAMA

“Rusiyanın prezidentlərin görüşü ərəfəsində Ermənistana 100 milyonluq kredit verməsi İrəvanı danışıqlarda inadkar davranmağa ürəkləndirmək məqsədi daşıyır. Çünki Dağlıq Qarabağ münaqişəsi Moskvanın dalanından çıxdı və müzakirə məkanı kimi Cenevrə seçildi”.

Publika.az
xəbər verir ki, bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, bu, 200 milyonluq silah kreditinin davamıdır.

“Rusiya deyə bilər ki, Azərbaycana böyük həcmdə silah satır. Lakin Bakı heç bir endirim və güzəşt olmadan bu silahların pulunu ödəyir. Halbuki, Ermənistana müasir silahların çatdırılması kredit kimi rəsmiləşir, hətta əvvəlcədən 10 faiz ödəniş də edilir. Lakin bu silahlar ödənişsiz verilir. Artıq Rusiya Ermənistanı əsrin 1/4 hissəsidir ki, pulsuz silahlandırır”, - deyə o vurğulayıb.

R.Musabəyov hesab edir ki, Moskvanın Cənubi Qafqaz siyasətini dəyişdirəcəyi haqda deyilənlər illüziyalardır: “Lakin bu haqda danışmaq və yazmaq lazımdır ki, heç olmasa düşmənlərimiz və dostlarımız bizim hər şeyi yaxşı gördüyümüzü, qiymətləndirdiyimizi bilsinlər. Axı siyasət və həyat bu gün başa çatmır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm