"Aİ və Azərbaycan bir-biri üçün mühüm tərəfdaşdırlar"
Bizi izləyin

Nida Xəbər

"Aİ və Azərbaycan bir-biri üçün mühüm tərəfdaşdırlar"

Avropa İttifaqı (Aİ) və Azərbaycan bir-biri üçün mühüm tərəfdaşdırlar.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanın rəqəmsal ticarət habı" I Beynəlxalq konfransında çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Bu gün Avropa İttifaqının payına Azərbaycan ixracının təxminən 50 faizi və idxalın 25 faizi düşür".

K.Yankauskas qeyd edib ki, son bir neçə ildə Aİ Azərbaycanı iqtisadiyyatın diversifikasiyası və ixracın genişləndirilməsi məsələlərində dəstəkləyir:

"Biz insanları keyfiyyətli iş yerləri ilə təmin edə bilən iqtisadiyyat üzərində birgə işləyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm