Yeni medal təsis edildi
Bizi izləyin

Nida Xəbər

Yeni medal təsis edildi

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edib.

Publika.az xəbər verir ki, qanunun birinci maddəsində “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalı" hissəsindən əvvəl “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı ifadəsi əlavə olunur. Qanunun ikinci maddəsinə “Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə" təsdiq edilsin, üçüncü maddəyə isə “Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri" sözləri əlavə olunur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirirb ki, yeni medal Aviasiya sahəsində yüksək nəticələr göstərən şəxslərə veriləcək.

Deputat Elmira Axundova xatırladıb ki, layihədə olan medalın fotosu rəngsiz və solğun olur:

“Medalın real görüntüsünü görə bilmədiyimiz üçün fikrimizi deyə bilmirik. Hesab edirəm ki, dediyim məqam nəzərə alınmalıdır”.

Sonda layihə səsə qoyularaq qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm