"Bu, Prezidentimiz İlham Əliyevin şəxsi nüfuzu ilə əlaqədardır" - MUSA QASIMLI
Bizi izləyin

Nida Xəbər

"Bu, Prezidentimiz İlham Əliyevin şəxsi nüfuzu ilə əlaqədardır" - MUSA QASIMLI

“Prezident İlham Əliyevin D-8 sammitində iştirakı dövlətimizin dünya və region siyasətində rolunun artmasının göstəricilərindən biridir”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Qasımlı Prezidentin Türkiyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistandan ibarət hələ 1997-ci ildə əsası qoyulmuş D-8-lərin İstanbulda keçirilən Zirvə görüşünə xüsusi qonaq olaraq dəvət ediməsinin bir neçə mənası var:

“Ən başlıcası isə ölkəmizin nüfuzunun artmasdıdır. Avropa, Asiya və Afrika qitələrində yerləşən və təşkilata daxil olan bu dövlətlərin hamısı ilə Azərbaycanın münasibətləri yaxşıdır. Azərbaycan onlardan ikisi ilə qonşudur. Bu dəvət həm də, Azərbaycan dövlətinin və xalqının böyük potensialı, gələcək inkişafına olan nikbinliklə bağlıdır. Bu sammitə dəvət edilməyimizin bir səbəbi də, cənab Prezidentimiz İlham Əliyevin şəxsi nüfuzu və Azərbaycanın digər ölkələrlə əməkdaşlıq etmək istəyi ilə əlaqədardır".

Qeyd edək ki, oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gəlib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm