Nida Xəbər
Parisdə "Azərbaycan Evi"nin 25 illik yubileyi qeyd edildi - FOTO
Paris Azərbaycan Evi yaradılmasının 25 illiyini və fəaliyyətinin yenidən bərpasının 5 illiyi qeyd edib. Tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.
"Paris-Azərbaycan Evi"nin prezidenti Mirvari Fətəliyeva Publika.az-a bildirib ki, yubiley gecəsində Azərbaycanın Respublikasının Fransada səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel, Azərbaycanın UNESCO yanındakı səfirı Anar Kərimov, diplomatlarımız, Fransanın siyasi və ictimai xadimləri, azərbaycan diasporasın nümayəndələri iştirak edib.
Paris Azərbaycan Evinin Prezidenti, Fransada Azərbaycanın Dostları
Assosiasiyasının baş katibi, Mirvari Fətəliyeva qonaqları
salamlayaraq Azərbaycan Evinin yaranmasi tarixindən söhbət
açıb.
1992-ci ildə Ramiz Abutalıbov tərəfindən yaradılan təşkilatın əsas
məqsədi Azərbaycanı Fransada tanıtmaq, burada Azərbaycan
mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməkdir. O
çıxışında Ramiz Abutalıbovun Azərbaycan Evinin fəaliyyətini hər
zaman izlədiyini və dəstəklədiyini qeyd edib.
O, bildirib ki, bundan sonra da “Azərbaycan Evi” öz fəaliyyətini
məqsədyönlü şəkildə quraraq, Azərbaycan xalqının XX əsrdə yaşadığı
faciələri, məruz qaldığı soyqırım aktları, Qarabağ münaqişəsinin
səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı və digər faktları Fransa ictimaiyyətinə obyektiv
şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcək.
Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman
Mustafayev Paris Azərbaycan Evininin bugünədək əldə etdiyi
uğurlarnı alqışlayıb. R. Mustafayev bildirib ki, Paris Azırbaycan
Evinin layihələri, habelə Qarabağla bağlı həqiqətləri Fransa
ictimaiyyətinə çardırılmasında, Aəzrbaycanın mədəniyyətinin,
incəsənətinin Fransada tanıdılması və digər fəaliyyətləri
Azərbaycanın Fransada səfirliyi tərəfindən həmişə dəstəkləndiyini
və bundan sonra da dəstəklənəcəyini bildirib.
Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua
Mansel Paris Azərbaycan Evini 25 illiyi münasibətilə təbrik edib və
tədbir iştirakçılarına Azərbaycanda qadınlara verilmiş səs
hüququnun tarixi, ölüm cəzasının ləğv edilməsi və Azərbaycanın əldə
etdiyi digər tarixi nəaliyyətləri barədə məlumat verib.
Tədbir zamanı Azərbaycan Evinin idarə heyəti layihələrin həyata
keçirilməsində təşkilata könüllü yardım edən gənclərə
təşəkkürnamələr təqdim edib.
Tədbirin bədii hissəsində Vurğun Vəkilov, Səidə Zülfüqarova, Etibar
Əsədli, Səddam Novruzbəyov, Sahib Əsədov ve məşhur tenor, Marinskiy
teatrının solisti Timur Abdikiyev Azərbaycan klassik musiqisindən
ibarət repertuarları ilə çıxış ediblər. Parisdə yaşayan və
Azərbaycanı öz əfsanəvi ifaları ilə təmsil edən istedadlı
musiqiçilərimiz bu axşam Qara Qarayevin eskiz, Emil Əfrasiyabın
"Ataya məktub", Aqşin Əlizadənin "Dastan", "Köhnə oyunlar", Oqtay
Zülfüqarovun "Prelud", Tofiq Quliyevin "Qaytağı", "Axşam" və digər
əsərləri ilə heyran ediblər.
Tədbir milli mətbəximizin ləziz nümunələrindən ibarət şam süfrəsi ilə başa çatıb.
Leyla Sarabi
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA