Nida Xəbər
Ermənistanda SOS: getdikcə yox olan düşmən ordusu
Ermənistan ordusunun iki əsgəri – 1998-ci il təvəllüdlü
Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyan ölüb.
Publika.az xəbər verir ki, rəsmi məlumatda hər iki əsgərin
silahdan ehtiyatsız davranışa görə öldüyü deyilir.
Bu, itki Ermənistan ordusundakı vəziyyəti yenidən gündəmə
gətirib.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, bu faciəyə görə
rəqib (Azərbaycan) məsuliyyət daşımır: “Ümumiyyətlə bizdə ordu
haqda nəsə yazmaq, yaxud danışmaq qadağan edilib, guya bu, rəqibin
dəyirmanına su tökməkdir. Hərçənd, informasiyanın gizlədilməsi
ordunu rəqibdən qorumur, əksinə, özbaşınalığı daha da artırır.
Prinsip etibarilə Azərbaycanla müharibə fonunda ordunun
dayaqlarının möhkəmləndirilməsi Ermənistanım hərbi-siyasi
rəhbərliyi üçün prioritet olmalıdır. Lakin ordudakı itkilərin
yarıdan çoxu qeyri-döyüş şəraitində qeydə alınır. Bu, acınacaqlı
vəziyyəti sübut edir”.
Erməni şərhçi qeyd edir ki, qeyri-qanuni münasibətlər, korrupsiya
Ermənistan ordusunu ağuşuna alıb.
“Keçmişdə orduda hökm sürən özbaşınalığın səbəbi kimi müdafiə
naziri Seyran Ohanyanla baş qərargah rəisi Yuri Xaçaturovun
arasındakı gərgin münasibətləri göstərirdilər. Lakin bu gün həmin
şəxslər yoxdur, amma ordudakı pis vəziyyət davam edir.
“Millət-ordu” adlı yeni təbliğat ideyasını ortaya atdılar. Halbuki,
bu ideya orduya yox, Serj Sarkisyan hakimiyyətinin maraqlarına
işləyir və o da məlumdur ki, bu ideya Karen Karapetyanla mübarizədə
istifadə olunur. Ordu Serj Sarkisyanın əsas sistemdaxili
vasitələrindən biridir. Cəbhədəki əsgərlər rəqib gülləsindən məhv
olursa, arxa cəbhədəki əsgərlər korlanmış və özbaşına idarəçiliyin
qurbanı olurlar. İctimai şüurda ordu gəncləri məhv edən ətçəkənlə
eynidir”, - deyə o, vurğulayıb.
Asif
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI