Novruz Məmmədov: "Mövcud münaqişələr Qərb dövlətlərinin siyasətinin nəticəsidir"
Bizi izləyin

Nida Xəbər

Novruz Məmmədov: "Mövcud münaqişələr Qərb dövlətlərinin siyasətinin nəticəsidir"

Bu gün dünyada mövcud olan münaqişələr kiçik dövlətlərin fəaliyyətinin nəticəsi deyil, xüsusən Qərb dövlətlərinin apardıqları siyasətin nəticəsidir.

Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, artıq bu, bumeranq kimi Avropanın özünə qayıdır: "Avropanın özündə separatizmə mənbə olacaq məqamlar kifayət qədər çoxdur. Onlar əvvəlcədən ədalətli mövqe tutmadıqları, separatizmi açıq və örtülü formada dəstəklədikləri üçün artıq bu gün belə problemlərlə üzləşirlər. Hazırda bu problemlərlə üzləşən ölkələrə vaxtında deyirdik ki, gəlin, separatizmə qarşı mövqe bildirin. İndi həmin ölkələr bizə deyirlər ki, separatizmə qarşı mövqe bildirin. Bu günlərdə İtaliyanın iki vilayəti iqtisadi müstəqillik istədi. Bu, ilk addım ola bilər. Böyük Britaniyanın da Şimali İrlandiya, Şotlandiya kimi problemləri var. Geosiyasi maraqlara tabe olmaqdansa, ədalətli prinsiplər ortaya qoysaydılar, bu gün belə hallar da olmazdı. Ona görə də Avropada və dünyada prosesləri dəqiq proqnozlaşdırmaq çətin olur. Təəssüflər olsun ki, indi belə vəziyyət yaranıb".

Prezidentin köməkçisi əlavə edib ki, 1990-cı illərin əvvəlində dünyanın 10 ölkəsində narahatlıq doğuran münaqişələr olub, indi isə 50 ölkədə belə hallar var: "Əgər Qərb, dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, münaqişə zamanında ədalətli həll olunsaydı, bəlkə də bu gün bu münaqişələrin çoxu olmazdı". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm