Nida Xəbər
BAXCP qurultaya hazırlaşır - FOTOLAR
Oktyabrın 21-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
(BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib.
Partiyadan Publika.az-a verilən məlumata görə,
Azərbaycan dövlət himninin oxunmasından sonra iclası açan Ali
Məclisin sədri Vaqif Abışov gündəlikdə duran məsələlərlə bağlı
iştirakçılara məlumat verib və qeyd edib ki, Ali Məclisin iclasın
gündəliyinə BAXCP-nin 2018-ci ilin mayında keçirilməsi nəzərdə
tutulan qurultayına hazırlıq işlərinin müzakirəsi, partiyanın IV
Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlərinin seçilməsi və
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ölkədəki
ictimai-siyasi vəziyyətlə bağlı çıxışı və cari məsələlər tövsiyə
olunub.
Qurultaya hazırlıqla bağlı BAXCP-nin baş katibi Yaşar Kələntərli
məlumat verib. Yaşar Kələntərlinin çıxışından sonra BAXCP İdarə
Heyətinin partiyanın IV Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi
üzvlüyünə təklif etdiyi namizələrin müzakirəsinə başlanılıb.
Səsvermə nəticəsində BAXCP sədrinin, İdarə Heyəti, Nərkəzi Nəzarət
Komissiyası və rayon (şəhər) təşkilatlarının sədrlərinin daxil
olduğu 25 nəfərdən ibarət Təşkilat Komitəsi seçilib.
Daha sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış
edib. Qüdrət Həsənquliyev öncə BAXCP-nin yaranmasının 15 illiyi ilə
bağlı bütün partiya üzvlərini təbrik edib, fəaliyyətlərində uğurlar
arzulayıb.
Çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış
vəziyyətə toxunan Qüdrət Həsənquliyev Azərbaycan və Ermənistan
prezidentlərinin Cenevrədə baş tutan görüşünə münasibət bildirib:
“2016-cı il aprel döyüşlərindən sonra Ermənistan danışıqlara yaxın
gəlmirdi və beynəlxalq təşkilatların təzyiqi ilə yenidən masa
arxasında oturmağa məcbur oldu”.
BAXCP sədri bildirib ki, Ermənistanı bu məsələdə güzəştə getməyə
vadar etmək üçün ölkə daxilində xalqı Sarkisyan rejiminin üstünə
qaldırmaq, ya da beynəlxalq güclərin işğalçı ölkəyə təzyiqlərini
artırmaq lazımdır: “Əks təqdirdə Azərbaycan özü bu məsələni həll
etməlidir”.
Qüdrət Həsənquliyev qeyd edib ki, 25 ildən artıq davam edən danışıqların heç bir nəticəsi yoxdur. Ona görə ki, münaqişəni belə bir vəziyyətdə saxlamaq Ermənistanın maraqlarına tam uyğundur: “Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyəti gərginləşdirməkdən, əhalini hakimiyyətin üstünə qaldırmaqdan ötrü işğalçı ordunun cəbhə xəttində öldürülən əsgərlərinin sayını artırmaq lazımdır. Əminəm ki, işğalçı orduda itkilərin sayının artması Ermənistanda ciddi qarşıdurmalara, əsgər analarının hakimiyyətə qarşı çıxışlarının kütləvi hal almasına səbəb olacaq və bu da öz növbəsində Sarksiyanı güzəştə getməyə vadar edəcək”.
Qüdrət Həsənquliyev bildirib ki, Qərb Azərbaycanın işğal altında
olan torpaqlarını müharibə yolu ilə azad edə biləcəyi təhlükəsindən
narahatdır: “Rusiya və ATƏT-in Minks qrupunun digər həmsədrləri,
Avropa İttifaqı Azərbaycana ciddi təzyiqlər göstərir ki, müharibə
variantından əl çəksin. Beynəlxalq təşkilatlar bu yolla Dağlıq
Qarabağ münaqişəsinin həlli prosesini uzatmaq və Qarabağı bizə
unutdurmaq niyyətindədirlər. Bu gün Azərbaycanın müharibə yolu ilə
öz torpaqlarını işğaldan azad etməsi mümkündür. Biz Ermənistanın
arxasında dayanan Rusiyadan və yaxud da başqa dövlətdən çəkinib
müharibə variantından vaz keçə bilmərik. Müharibəyə başlamaq üçün
isə ilk növbədə Azərbaycan özünə güclü müttəfiqlər tapmalıdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli açarının Rusiyada olduğunu dünya
ictimaiyyəti, böyük güclər yaxşı dərk edirlər. Bu faktı birbaşa və
yaxud dolayısı ilə Qərb diplomatları da etiraf edirlər. Buna görə
də biz Rusiya ilə münasibətlərimizə yenidən baxmalıyıq. Aydınlıq
gətirilməlidir ki, Rusiya Azərbaycandan nə istəyir?”.
BAXCP sədri edib ki, Rusiya ilə açıq danışmaq lazımdır və bu ölkənin Qarabağ münaqişəsinin ədalətli həlli müqabilində bizdən nə istədiyi aydınlaşdırılmalıdır:
“Müəyyən edilməlidir ki, nəyin, yaxud nələrin müqabilində Rusiyanın mövqeyində obyektiv dəyişikliklər baş verə bilər. Moskvanın maraqlarının dövlət müstəqilliyimiz və gələcəyimiz üçün nə dərəcədə təhlükəli olub-olmadığı müəyyənləşdirilməlidir. Əgər Rusiyanın mövqeyində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı hər hansı bir dəyişikliyin baş verməyəcəyi yəqinləşərsə, o zaman bu ölkə ilə münasibətlərdə vaxt itirməyə dəyməz. Ukrayna, Gürcüstan Rusiyaya münasibətdə siyasi kurslarını necə dəyişiblərsə, Azərbaycan da Rusiya ilə münasibətlərinə yenidən baxa bilər”.
BAXCP sədri Azərbaycan ordusunun ildən-ilə gücləndiyini, ən müasir hərbi texnika, silah-sursatla təmin edildiyini vurğulayıb: “Hesab edirəm ki, Azərbaycan Ermənistanı, onun müttəfiqlərini inandırmalıdır ki, müharibəyə hazırdır, bundan çəkinmir. Bu gün Cənubi Qafqazda müharibənin baş verəcəyini nə Rusiya, nə də Ermənistan istəyir. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə də getmirlər və inanmırlar ki, Azərbaycan müharibə variantına əl atacaq. Onları buna inandırmalıyıq”.
Qüdrət Həsənquliyev öz çıxışında sosial-iqtisadi məsələlərə də
toxunub. Bildirib ki, müharibəni aparmaq üçün güclü iqtisadiyyata
sahib olmaq gərəkdir, müharibəni pulla udurlar: “Ölkəmizdə neft
gəlirləri hesabına çoxlu işlər görülüb. Bakı və Bakı ətrafı qəsəbə
və kəndlər abadlaşdırılıb, parklar salınıb, yeni-yeni yaşayış
binaları tikilib, yollar çəkilib, körpülər tikilib və s. Bundan
başqa bu gəlirlər hesabına orduya müasir silahlar alınıb, ölkəmiz
üçün mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirilib.
Bakı-Tiflis-Qars dəmir yolu xəttini misal çəkə bilərik. İstərdik
ki, belə bir xətt Naxçıvanla Türkiyə arasında da çəkilsin”.
BAXCP sədri kənd təsərrüfatı sahəsində də irəliləyişlərin olduğunu
bildirib: “Amma aqrar sektordan əldə olunan gəlirlərlə
kifayətlənmək olmaz. Sənayeni inkişaf etdirmək lazımdır ”.
Qüdrət Həsənquliyev bank sektorunun əhaliyə xidmətindən də
narazılığını bildirib və qeyd edib ki, bankların sahibkarlara
verilən kredit faizlərini qaldırması düzgün deyil: “Avropa
ölkələrində 2-5 faizlə verilən kreditlər Azərbaycanda sahibkarlara
26-28 faizlə verilir. Orta sahibkarlığın inkişaf etdirilməsi üçün
sahibkarlara dövlət təminatı ilə aşağı faizlərlə kredit
verilməlidir. Bunun nəticəsidir ki, azərbaycanlılar xarici ölkələrə
pul yatırırlar, amma Azərbaycana yox. Səbəb onlara dövlət
təminatının verilməməsidir. Təəssüf ki, Azərbaycanda əksər hallarda
sahibkarların mülkiyyət hüquqları qorunmur ”.
BAXCP sədri bildirib ki, Azərbaycanda iqtisadi islahatlar
intensivləşdirilməli, Neft Fondunun vəsaitləri iqtisadiyyatın
inkişafına töhfə verə biləcək islahat xarakterli layihələrə
xərclənməlidir.
Qüdrət Həsənquliyev təhsil sahəsinə də dövlət tərəfindən ayrılan
vəsaitin həcminin artırılmasının vacibliyini vurğulayıb.
BAXCP sədri qeyd edib ki, dövlət hesabına xaricdə təhsil alan gənclərimz vətənə qayıtdıqdan sonra onların burada işlə təmininə diqqət yetirilməlidir: “Təəssüf ki, bu gün ölkəmizə lazım olan kadrlar işsizlikdən yenidən xaricə üz tutmaq məcburiyyətində qalırlar. Bu prosesin qarşısını almaq lazımdır”.
Qüdrət Həsənquliyev çıxışının sonunda bir daha vurğulayıb ki, Azərbaycanın güclü dövlətə çevrilməsinin, sahibkarlığın inkişafının, əhalinin sosial şəraitinin yaxşılaşdırmasının və hüquqlarının qorunmasının yolu islahatların aparılmasından keçir.
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO