Nida Xəbər
Prezidentin köməkçisi: "AŞPA müəyyən dairələrin əlində alətə çevrilib"
"Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli olan bir qurumdur".
Bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə
köməkçisi, şöbə müdiri Novruz Məmmədov bildirib.
”AŞPA ədalətli qurumdursa, ədalət tərəfdarıdırsa, üzv ölkələrdən
birinin digər üzv ölkənin torpaqlarını işğal altında saxlamasına
niyə münasibət bildirmir? Niyə bununla bağlı heç bir söz demir,
qərar qəbul etmir? AŞPA müəyyən dairələrin əlində sanki bir alətə
çevrilib. Münaqişəyə baxmayaraq, Azərbaycan inkişaf edir, böyük
nüfuzu var, regionda, beynəlxalq aləmdə nüfuzu artır. Azərbaycan
kiçik bir dövlət olsa da, Şimal-Cənub, Şərq-Qərb kimi mühüm
nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri,
Bakı-Tbilisi-Ərzurumqaz kəmərinin, TANAP, TAP kimi layihələrin ,
Bakı-Tbilisi-Qars dəmir yolunun təşəbbüskarı, iştirakçısıdır, bu
layihələrdə mühüm rol oynayır. Bütün bunlar 26 ildə Azərbaycan
dövlətinin həyata keçirdiyi böyük işlərdir”, - deyə o
vurğulayıb.
N. Məmmədov qeyd edib ki, dünyanın hətta ən böyük dövlətləri belə miqyasda işlər görməyib: “Bütün bunlar Azərbaycanın dünyada yerini, rolunu göstərir. Bu isə çox təəssüf ki, Qərbdə bəzi dairələrin xoşuna gəlmir. Axtarırlar ki, hansısa yolla bir şey desinlər, bir fikir söyləsinlər. AŞPA-nın bir neçə yüz üzvü var, bəzən 25-30 nəfər yığışır, danışırlar, qərar verilər. Amma onlar ədalətsiz, qərəzlidirlər, belə olmaz. Azərbaycan ərazilərini 25 ildən artıqdır işğal altında saxlayan işğalçı Ermənistan haqqında bir dəfə də bir söz demirlər, amma Azərbaycanla bağlı kiçik bir söhbət olan kimi qərəzli münasibətlərini ortaya qoyurlar". (apa)
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər