Heydər Əliyevin Qarabağa görə danladığı Kazimirovdan GÖZLƏNİLMƏZ AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyevin Qarabağa görə danladığı Kazimirovdan GÖZLƏNİLMƏZ AÇIQLAMA

1992-1996-cı illərdə ATƏT-in Minsk qrupunda Rusiyadan olan həmsədr Vladimir Kazimirov Ermənistanın “Joxovurd” qəzetinə müsahibəsində işğal olunmuş rayonların Azərbaycana qaytarmasının vacibliyindən danışıb.

Publika.az
xəbər verir ki, Kazimirov prezidentlərin Cenevrə görüşünə toxunaraq, “belə görüşlər əhəmiyyətlidir” deyə bildirib.

“Lakin son nəticədə nizama salınma yoxdur. Belə münaqişələrdə tərəflər nəinki müqavilələr imzalamağı, həm də razılaşmalarını yerinə yetirməyi bacarmırlar. Yəni müqavilə imzalanırsa, bunu yerinə yetirmək lazımdır. Mən bu gün münaqişəyə real yanaşma görmürəm", - deyə o bildirib.

V.Kazimirov qeyd edib ki, münaqişənin həlli üçün tərəflər siyasi və diplomatik məsuliyyət daşımalıdırlar: “90-cı illərdə Azərbaycan ərazilərini itirdi. Bu gün danışıqlar mövzusu olan ərazilər Qarabağ ətrafı rayonlar deyil. Əgər Azərbaycan məsələnin siyasi yolla həllinə qərar versə, onda Ermənistan 90-cı illərin müharibəsində aldıqları əraziləri həqiqətən azad etməlidir”.

Kazimirov rayonların qaytarılmasının əvəzinə Qarabağın statusunun həll edilməsi məsələsini şərh edərkən bildirib ki, Azərbaycan belə bir öhdəlik götürmür.

“Ermənistanda anlamalıdırlar ki, bu ərazilər müharibə zamanı əldə olunub və onlara aid deyil. Yəni Azərbaycana qaytarmalıdırlar. Əlbəttə, Dağlıq Qarabağın statusu müzakirə olunacaq, lakin bundan əvvəl rayonların qaytarmaq lazımdır”, - deyə o bildirib.

Qeyd edək ki, V.Kazimirov indiyə qədər daha çox Ermənistanın mövqeyindən çıxış edir və Qarabağı münaqişədə tərəf kimi göstərməyə çalışırdı. Hətta Bişkekdə atəşkəs müqaviləsi imzalanarkən, o, Qarabağı tərəf kimi sənədə daxil etmişdi, lakin Heydər Əliyev onu Bakıya çağırdı və bu hərəkətinə görə danladı. Daha sonra Qarabağın azərbaycanlı və erməni icmalarının adı ayrılıqda sənədə daxil edildi. İndi Kazimirovun ümumi mövqeyindən çəkindiyini demək çətin olsa da, bu fikirləri gözlənilməz hesab oluna bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm