Nida Xəbər
Rusiya İrəvanı Bakını hədələdiyi silahdan məhrum edib - Düşmənin SİRRİ AÇILIR
“Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketləri ötən
ilin 21 sentyabrında İrəvanda keçirilən hərbi paradda nümayiş
etdirildi. Rusiya və erməni rəsmi dairələr bundan təbliğat
məqsədilə istifadə etdilər, halbuki, bu raketlərin Ermənistana heç
bir aidiyyəti yoxdur”.
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi
Sarqis Artsruni Rusiyanın Ermənistana bu günlərdə verdiyi 100
milyon dollarlıq silah kreditini şərh edərkən deyib.
Onun sözlərinə görə, Qarabağda hər hansı müharibə zamanı Ermənistan
“İskəndər”lərdən istifadə edə bilməyəcək.
“Birincisi, bu müharibə lokal xarakter daşıyır, yəni “İskəndər”lər
praktiki olaraq adekvat deyil. İkincisi, Ermənistan Rusiyanın
icazəsi olmadan bu raketlərdən istifadə edə bilməz. Əslində bu
raketlər faktiki olaraq, Ermənistanın təhlükəsizliyini
gücləndirmir, əksinə, bizim ordumuz üzərində Rusiyanın nəzarətini
artırır”, - deyə o bildirib.
Erməni şərhçi prezident Serj Sarkisyanın da “İskəndər”lər haqda
yalan danışdığını qeyd edib: “Sarkisyan bir neçə dəfə işarə etdi
ki, lazım olacağı təqdirdə “İskəndər”ləri işə salacaq. Bu, real
deyil və Sarkisyanın sözləri daxili auditoriyaya ünvanlanıb. Çünki
“İskəndər”lərlə bağlı qərar Baqramyan 26-da (Ermənistan prezident
administrasiyasıın ünvanı - red.) yox, Moskvada verilir”.
Asif
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!