CNN-nin məşhur aparıcı Bakının “qara siyahısı”na salınacaq
Bizi izləyin

Nida Xəbər

CNN-nin məşhur aparıcı Bakının “qara siyahısı”na salınacaq

CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden adı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etdiyi üçün “qara siyahı”ya salınacaq.

Publika.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “RİA Novosti”yə açıqlamasında deyib.

“CNN telekanalının aparıcı, amerikalı baş aşpaz Entoni Burden Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiyi üçün arzuedilməz şəxslərin siyahısına daxil ediləcək”, - deyə Hacıyev bildirib.

Qeyd edək ki, E.Burden Dağlıq Qarabağa qanunsuz səfər edərək, işğal altındakı ərazilərdən 45 dəqiqəlik veriliş hazırlayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm