Kəmaləddin Heydərov Moldova DİN rəhbəri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Kəmaləddin Heydərov Moldova DİN rəhbəri ilə görüşdü

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərov bu gün Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərovnazirliyin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş layihələrdə dost Moldova Respublikasının müvafiq qurumları ilə birgə fəaliyyət göstərdiklərini xatırladan nazir ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, FHN-in strukturu və fəaliyyəti, o cümlədən FHN Akademiyası barədə qonaqlara ətraflı məlumat verib.

Nazir Azərbaycan FHN-in Akademiyasında moldovalı gənclərin də təhsil almasının mümkünlüyünü nəzərə çatdırıb.

Moldovanın daxili işlər naziri Aleksandr Jizda Azərbaycan FHN-nə məxsus qüvvələrin Moldovada keçirilmiş təlimlərdə iştirak etdiyini xatırladaraq təcrübə mübadiləsinin çox böyük əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb, müvafiq qurumlar arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini önə çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm