Daxili və xarici borclanmaya görə cəzalar müəyyənləşdi
Bizi izləyin

Nida Xəbər

Daxili və xarici borclanmaya görə cəzalar müəyyənləşdi

Cinayət Məcəlləsində daxili və xarici borclanma qaydasının pozulmasına görə cəzalar müəyyən edilib.

Publika.az xəbər verir ki, qanuna ediləcək dəyişikliklə bağlı millət vəkili Əli Hüseynli məlumat verib.

Ə.Hüseynli bildirib ki, məcəlləsinin 195-2-ci maddəsinə edilən dəyişikliyə görə, dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almada daxili və xarici borclanması dövlətə xeyli miqdarda ziyan vurduqda 3 il müddətinqə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən üç mislinədək miqdarda cərimə və ya iki il müddətində azadlğın məhdudlaşdırılması, yaxud iki ilədək müəddətdə azadlıqdan məhrum edilmə ilə cəzalandırılır. Eyni əməllər təkrar edildikdə ziyanın üç mislindən 5 mislinədək cərimə, 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 4 ilədək azadlıqdan məhrumedilmə ilə cəzalandırılır.

Millət vəkili Elmira Axundova isə cəzanın çox yüngül olduğunu deyib:

“Bu cinayətə görə 2 ildən 4 ilə qədər həbs cəzası müəyyən edilib. Oğurluğa görə verilən cəza daha sərtdir. Oğurluq nəticəsində bir neçə şəxsə, bu zamansa bütün dövlətə ziyan dəyir. Təklif edərdim ki, bu əmələ görə cəzaların daha da sərtləşdirilməsi nəzərə alınsın”.

Millət vəkilinin fikirlərinə münasibət bildirən Əli Hüseynli bu təklifin qəbul edilməsinin qeyri-mümkün olduğunu deyib: “Sizin dediyiniz məsələ mənimsəmə cinayətləri ilə bağlıdır. Bu təklif sadəcə qaydanı pozma ilə bağlıdır. Bu pozuntuya görə cəza kifayət qədər sərtdir”.

Məcəlləyə dəyişiklik səsə qoyularaq qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm