Nəqliyyat vasitələri ilə bağlı qalmaqallı qanun qəbul edildi
Bizi izləyin

Nida Xəbər

Nəqliyyat vasitələri ilə bağlı qalmaqallı qanun qəbul edildi

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı və banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparma ilə bağlı icazə məhdudiyyətinə görə sanksiya ləğv edilib.

Publika.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 342.1.2 maddəsi (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə) ləğv edilib.

345-ci maddədə (2-ci bənd) banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası qaldırılır.

Layihədə bildirilir ki, təcrübəyə əsasən 345-ci maddədə ləğvi təklif olunan 2-ci bənd tətbiq olunmur. Eyni zamanda bu bəndin tətbiq olunmasına ehtiyac olmadığından onun çıxarılması təklif edilib.

Belə ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin, ehtiyyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm