Səhv hesablanmış gömrük haqqı və yığımları geri qaytarılacaq
Bizi izləyin

Nida Xəbər

Səhv hesablanmış gömrük haqqı və yığımları geri qaytarılacaq

Nazirlər Kabineti "Gömrük ödənişlərinin qaytarılması Qaydaları"na bir sıra dəyişikliklər edib.

"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Dəyişikliyə əsasən, Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən geri qaytarılacaq.

Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 iş günü müddətində maliyyə orqanına müraciət edəcək.

Gömrük yığımları və haqq qaytarılarkən, Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm