Nida Xəbər
Cəbhədə iriçaplı pulemyotlar işə düşdü
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız
yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu
Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun
Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz
rayonunun Ağdam, Koxanəbi, Muncuqlu və Qaralar kəndlərində,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam
rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı,
Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu
Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl
rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin
Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO