Lavrov Azərbaycan-Rusiya-Türkiyə formatının yaradılmasının mümkünlüyündən danışdı
Bizi izləyin

Nida Xəbər

Lavrov Azərbaycan-Rusiya-Türkiyə formatının yaradılmasının mümkünlüyündən danışdı

“Hər bir formatın dəyəri olmalıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey LavrovAzərbaycan-Türkiyə-Rusiya formatının yaradılmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, hazırda mövcud olan Rusiya-Azərbaycan-İran formatı tərəflərin qarşılıqlı maraqları əsasında yaranıb: “Bu əməkdaşlıq xüsusilə beynəlxalq nəqliyyat dəhlizinin müvafiq hissəsinin qurulmasına yönəlib. Müxtəlif üçlüklər yaratmaq olar, əsas odur ki, məzmun olsun”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Azərbaycan-Türkiyə-Rusiya formatı Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyaya məxsus yüklərinin Türkiyə və Aralıq dənizinə çatdırılması üçün yaradıla bilər: “Üçtərəfli formatlar özünü doğruldub. Türkiyə-Azərbaycan-Gürcüstan ilk bu tip formatlardan biridir”. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm