Viktor Yuşenko Qarabağ forumunda Rusiyanı tənqid etdi
Bizi izləyin

Nida Xəbər

Viktor Yuşenko Qarabağ forumunda Rusiyanı tənqid etdi

2005-2010-cu illərdə Ukraynanın prezidenti olmuş Viktor Yuşenko Azərbaycan dövlətinin təşəbbüsü ilə Belçika krallığının paytaxtı Brüsseldə keçirilən Qarabağ forumunda çıxışı zamanı dünyada baş verən dini-etnik münaqişələrə toxunub.

Publika.az
xəbər verir ki, Yuşenko əksər dini-etnik münaqişələrin aqressoru olaraq Rusiyanın adını çəkib.

Onun sözlərinə görə, bu bölgələrin hər birində Rusiyanın hərbi bazaları yerləşir: “Ukrayna unitar ölkədir. Burda heç vaxt vətəndaş müharibəsi olmayıb. Bizdə elə bir partiya olmayıb ki, ölkənin xüsusi bir ərazisini ayrıca bir dövlətə çevirməyi təklif etsin”.

O, eyni zamanda münaqişə bölgələrindəki durumu təhlil edərək, ondan çıxış yolları barədə danışıb.

“Biz dünya üzrə simmetrik təhlükəsizlik siyasətini itirdiyimiz gün bir çox itkilərimizin də başlanğıcı olub. Marqaret Tetçer vaxtilə deyirdi ki, “əgər siz təhlükəsizliklə bağlı suala cavab verə bilmirsizsə, deməli, heç bir suala cavab verə bilmirsiz”, - deyə Yuşenko vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm