Nida Xəbər
Sərkisyanın əli Azərbaycan xalqının qanına batıb - Qriqoriu
Bugünki mövzunun aktuallığı göstərir ki, separatizm yalnız bir çox böyük ölkələrin deyil, həmçinin beynəlxalq problemdir.
Axar.az xəbər verir ki, bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumda çıxışı zamanı Moldovanın eks-ambudsmanı, tanınmış hüquq müdafiəçisi Aureliya Qriqoriu deyib. Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan Diaspor Komitəsinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edən xanım Qriqoriu forumun “Şərq tərəfdaşlığı” ölkələrinin 24 noyabrda başlayacaq sammiti öncəsi keçirilməsinin xüsusi önəmi olduğunu bildirib:
“Düşünürəm ki, bu gün burada səslənən fikirlər “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin rəhbərləri tərəfindən istifadə olunacaq. Belə forumları ölkəmizi idarə edən şəxslərə separatizmlə mübarizə sahəsində hər hansı tövsiyələr hazırlamaq üçün tez-tez keçirmək vacibdir”.
A.Qriqoiu qeyd edib ki, Dağlıq Qarabağda separatizm deyil, işğal var:
“Ermənilər Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib və
bunun nəticəsində 1 milyon azərbaycanlı qaçqın düşüb. Bu, dünyada
görünməmiş qaçqın axınıdır. Təəssüf ki, dünya birliyi buna seyrçi
qaldığı üçün digər işğallar - Dnepryanı proseslər, Abxaziya və
Cənubi Osetiya, Krımda və s. hadisələr ortaya çıxdı”.
Xanım Qriqoriu daha sonra bildirib ki, Serj Sərkisyanı
cinayətkardır, onun əli Azərbaycanın dinc əhalisinin qanına
batıb:
“Buna baxmayaraq, dünyanın bir çox liderləri ona salam verir və qanlı əllərini sıxır. Cinayətkara bu cür münasibət yeni cinayətlərə yol açır, hərbi cinayətlərin cəzasızlığı presedentini yaradır. Bu cür caniləri dünya liderləri qəbul etməməlidir”.
A.Qriqoriu vurğulayıb ki, Ermənistan canilərinin Avropa ölkələrinə səfərinə imkan verilməməlidir, eləcə də işğal bölgələrinə qanunsuz səfərlər dayandırılmalıdır.
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək