Azərbaycanlı jurnalist soruşdu, Ərdoğan Qarabağla bağlı söz verdi: “Putinə deyəcəm...” - VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı jurnalist soruşdu, Ərdoğan Qarabağla bağlı söz verdi: “Putinə deyəcəm...” - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Ticarət Komitəsinin Nazirlər Şurasının 33-cü iclasında azərbaycanlı jurnalistin Qarabağla bağlı sualına cavab verib.

Publika.az
xəbər verir ki, Ərdoğan iclasın keçirildiyi zaldan çıxarkən "Space" TV-nin müxbiri “Bu gün Soçiyə gedəcəksiniz, daha əvvəl Dağlıq Qarabağın Putinlə keçirdiyini görüşdə gündəminizdə olacağını demişdiniz” sözlərinə cavab olaraq bildirib.

“Keçən səfərimdə Dağlıq Qarabağı müzakirə etdik. Bununla bağlı Putin əlindən gələni etdiyini bildirmişdi. Mən 5 rayon məsələsində daha həssas olmalarını dedim. Bu münaqişəni bölgədə həll edəcək güc Rusiyadır, hörmətli Putindir. “Bu məsələdə həssaslığınızı xüsusilə gözləyirəm” demişdim. Bu gün də yenə üçtərəfli bir görüş olacaq. Fürsət olacaqsa, Qarabağ məsələni yenidən gündəmə gətirməyə çalışacam. Çünki Dağlıq Qarabağ məsələsi bizim də xüsusi məsələmizdir. Bunu kənara ata bilmərik”, - deyə Ərdoğan vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm