Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirildi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirildi

Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm