Nida Xəbər
Oqtay Əsədov Qırğızıstana gedir
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün dekabrın 7-də Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək.
Milli Məclisdən Publika.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
TÜRKPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə
bağlı məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə
təklif olunan sənəd layihələri müzakirə olunacaqdır.
Plenar sessiyada “Parlamentin açıqlığı və şəffaflığı: qərarların
qəbul edilməsində yeni texnologiyalar” mövzusunda dinləmələr
keçiriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq, qurumun
komissiyalarının hesabat məruzələrinə münasibət bildiriləcək.
Sessiyada Milli Məclisin Sədri çıxış edəcək.
Səfər çərçivəsində parlamentin Spikeri Oqtay Əsədovun tədbirdə
iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra
görüşləri nəzərdə tutulub.
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO