Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi müddəti dəyişdirilir
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi müddəti dəyişdirilir

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

Bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm