Aydın Mirzəzadə: “Prezidentin bu qərarını cəmiyyət müsbət qarşıladı”
Bizi izləyin

Nida Xəbər

Aydın Mirzəzadə: “Prezidentin bu qərarını cəmiyyət müsbət qarşıladı”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 5 dekabr 2017-ci il tarixində Mikayıl Cabbarovun respublikanın vergilər naziri təyin edilməsini cəmiyyət müsbət qarşıladı”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Aydın Mirzəzadə Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, yeni nazir ölkəmizdə tanınmış şəxsdir və müsbət imicə malikdir:

“O, çalışdığı bütün sahələrdə həmişə müsbət nəticələr əldə edə bilib. Onun Təhsil Nazirliyində çalışdığı dövr təhsilə yeni ab-havanın gəldiyi dövr kimi tarixdə qalacaqdır. Təhsil siteminə xeyli yeniliklər gəldi, cəmiyyətdə müəllim statusu və nüfuzunun qalxması üçün böyük işlər görüldü. Müəllimlərin biliklərin diaqnostik qiymətləndirilməsi imtahanlarının keçirilməsi təhsilin inkişafına ciddi təkan verdi. Bacarıqlı müəllimlərin məktəb direktoru və tədris hissə müdirləri vəzigfələrinə təyinat üçün yeni sistemin tətbiqi də razılıqla qarşılandı və özünü doğrultdu”.

Aydın Mirzəzadə qeyd edib ki, Mikayıl Cabbarovun dövründə təhsil nazirliyi cəmiyyət üçün açıq təşkilata çevrildi və təhsillə bağlı heç bir məsələ reaksiyasız qalmadı: “Mikayıl müəllimin özü də səmimi, demokratik düşüncəli, dövlətcil bir idarəçi kmi tanındı.

İnanırıq ki, Mikayıl Cabbarov yeni vəzifədə də özünü yenilikçi və dövlət maraqlarının qoruyan bir rəhbər kimi çalışacaq və hörmətli prezidentin etimadını doğruldacaqdır. Bu işdə ona uğurlar arzu edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm