Vüqar Bayramov: “Bu, kadr islahatlarının elementi kimi dəyərləndirilməlidir”
Bizi izləyin

Nida Xəbər

Vüqar Bayramov: “Bu, kadr islahatlarının elementi kimi dəyərləndirilməlidir”

“Azərbaycanda post-sovet dövrünün islahatları başlanılan zaman kadr islahatlarının prioritet olduğunu bildirmişdik və müvafiq islahatların keçirilməsini təklif etmişdik. Güman edirəm ki, mövcud çağırışlara uyğun olaraq kadr islahatlarının davam etdirilməsi iqtisadi baxımdan vacibdir”.

Bunu Publika.az-a açıqlamasında İqtisadi və Sosial Inkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsini şərh edərkən deyib.

İqtisadçı ekspertin sözlərinə görə, post-sovet dövründə aparılan islahatlar kompleks şəkildə digər islahatların uğurundan asılı olacaq. Vüqar Bayramov bura kadr islahatlarının da daxil olduğunu bildirib.

Müsahibimiz qeyd edir ki, Vergilər Nazirliyinə yeni rəhbərin təyin edilməsi kadr islahatlarının elementi kimi dəyərləndirilməlidir:

“Etiraf etmək lazımdır ki, Vergilər Nazirliyi həm qanunvericilik bazasının formalaşdırılması, həm də elektron hökumətin qurulması və vergi sistemində elektron xidmətlərin tətbiq edilməsi sahəsində kifayət qədər təcrübəyə malik qurum idi. Amma eyni zamanda vergi sisteminin liberallaşdırılması çox vacibdir. Daha liberal vergi sisteminin tətbiq edilməsi, xüsusən sahibkarlıqla vergi orqanları arasında münasibətlərin təmzimlənməsi, xüsusən vergi dərəcələrinin optimallaşdırılması prioritet məsələlərdəndir. Bu baxımdan gözlənilir ki, yeni vergilər nazirinin təyin edilməsi vergi siyasətinin liberallaşdırılması, sərt vergi siyasətindən liberal vergi siyasətinə keçidə nail olmaq mümkün olsun. Bu həm də vergi dərəcələrinin optimallaşdırılması və azaldılması baxımından vacibdir. Vergi siyasətinin liberallaşdırılması baxımından yeni nazirdən gözləntilər yüksəkdir. Bu, qeyri-neft sektorunun inkişafı baxımından da kifayət qədər əhəmiyyətlidir. Növbəti dövrdə iqtisadi uğurları müəyyənləşdirən faktorlardan biri də vergi siyasətinin hansı səviyyədə liberal və biznesin inkişafının stumallaşdırıcı olmasından asılıdır”.

Vergilər Nazirliyinin elektron xidmətləri tətbiq edən ilk qurumlardan olduğunu deyən iqtisadçı ekspert qeyd edib ki, mövcud bazanın üzərində daha liberal vergi siyasətinin tətbiqi zərurəti yaranıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm