Azərbaycan Ordusunda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Ordusunda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir

Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatları (QHT) və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir.

Bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 5-ci (Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri) maddəsində əksini tapıb.

Maddədə bildirilir ki, Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir.

Qanunun hazırda qüvvədə olan variantının müvafiq maddəsi isə belədir: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi məqsədlər daşıyan hər hansı təşkilatların və həmkarlar ittifaqlarının fəaliyyətinə yol verilmir.

Yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm