Azərbaycanın xarici siyasəti Türkiyədə müzakirə olunacaq
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın xarici siyasəti Türkiyədə müzakirə olunacaq

Türkiyədəki səfirliyimizin, habelə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti və Egey Universiteti Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində “Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçiriləcək.

Publika.az-ın xəbərinə görə, konfrans 14 dekabr 2017 tarixində Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunda keçiriləcək. Konfrasın açılış nitqini İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti sədri, doktor Asif Kurban, Ege Universitetinin rektoru, professor Necdet Budak edəcək.

Konfrans Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim geniş məruzə söyləyəcək.

Səfir Xəzər İbrahimin İzmir rəsmiləri ilə görüşlərinin keçiriləcəyi də gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm