Nida Xəbər
Çingiz Əsgərov Avropa Məhkəməsinin qərarından DANIŞDI: "Maddi və mənəvi təzminat çox azdır”
“Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının müəyyən etdiyi maddi və mənəvi təzminat çox azdır”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Avropa İnsan
Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov
bildirib:
“Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da Ermənistan
Respublikası tərəfindən 6 nəfərin hüquqlarının pozulması, onların
evlərinin dağıdılması, yurdsuz qalması, məcburi köçkün vəziyyətinə
salınması və digər pozuntular barədə qərar qəbul etmişdi. Bu qədər
pozuntu qarşısında Avropa Məhkəməsinin hər bir şikayətçiyə 5 min
avro həm maddi, həm mənəvi ziyana görə kompensasiya müəyyən etməsi
gülüncdür. Digər qərarlara baxanda, məsələn, kiminsə bir gün həbsdə
qalmasına görə 10 min avro təyin etməsi qarşılığında bu qərar
anlaşılan deyil”.
Ç.Əsgərov hesab edir ki, bu qərar Avropa Məhkəməsi tərəfindən ikili
standartların tətbiq edilməsindən xəbər verir: “Qərardan şikayət
verilə bilməz. Çünki qərarı Avropa İnsan Haqları Məhkəməsinin Böyük
Palatası qəbul edib. Bundan şikayət vermək mümkün deyil. Ermənistan
tərəfi bu günə qədər “Çıraqovlar və digərlərinin Ermənistana qarşı”
işi üzrə qərarın icrası ilə bağlı hansı tədbirlərin görüləcəyi
barədə Avropa Şurasının Nazirlər Komitəsinə Tədbirlər Planı təqdim
etməyib. Bu məsələ ilə bağlı necə davranacaqlarını isə
bilmirik”.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası
“Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə yeni qərar
çıxarıb. Qərara əsasən Ermənistan hökuməti vurduğu maddi və mənəvi
ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi
xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir. Ermənistan
hökumətinə təzminatın ödənilməsi üçün 3 ay vaxt verilib.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO