Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirəsi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirəsi

Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir.

Publika.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, plenar iclasdan əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərində müzakirələr aparacaqlar.

Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm