Türkiyədən Ermənistana TƏRS ŞİLLƏ: Qarabağı azad edin, Xocalının cavabını verin, SONRA...
Bizi izləyin

Nida Xəbər

Türkiyədən Ermənistana TƏRS ŞİLLƏ: Qarabağı azad edin, Xocalının cavabını verin, SONRA...

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iddialarına cavab verib.

Publika.az
xəbər verir ki, Nalbandyan Türkiyə və Ermənistan arasında 2019-cu ildə Sürixdə imzalanan protokolların təsdiq edilməməsinə görə Türkiyəni günahlandırıb.

Türkiyə XİN Nalbandyanın iddialarının həqiqətə uyğun olmadığını açıqlayıb.

“Sürix protokolları Türkiyə və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün imzalanmışdı. Lakin 2010-cu ilin 12 yanvar tarixində Ermənistanın Konstitusiya Məhkəməsi verdiyi qərarla protokolların ruhuna zidd addım atdı. Daha sonra, 2010-cu ilin 22 aprel tarixində Ermənistan prezidenti Serj Sarkisyan protokolların təsdiqlənməsinin təxirə salındığını açıqladı. Erməni diasporu əvvəldən protokollara qarşı idi və bunu təsdiq etməmək üçün Ermənistan hökumətinə təzyiq edirdi. Sarkisyan sonuncu dəfə 2017-ci ilin 19 sentyabr tarixində BMT Baş Assambleyasının iclasında çıxışı zamanı protokolların təsdiqləməməsinə görə Türkiyəni ittiham etdi. O, 2018-ci ildə protokolları ləğv edəcəklərini də bildirdi”, - deyə Türkiyə XİN-in açıqlamasında qeyd olunur.

Açıqlamada bildirilir ki, protokollar hələ də Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin gündəmindədir: “Bunun təsdiq olunması üçün Cənubi Qafqazda uyğun siyasi atmosferin və sülhün bərqərar olması lazımdır. 25 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi həll olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnaməəri yerinə yetirilməli və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Yalnız bundan sonra bu prosesdə irəliləyiş ola bilər. Bütün hallarda Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”.

Açıqlamada Nalbandyanın “soyqırımı” iddialarına da cavab verilib.

“Nalbandyanın dilə gətirdiyi “soyqırımı” iddiaları həqiqətə uyğun deyil. Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə 1915-ci il hadisələri müzakirə mövzusudur. Pis niyyətli dairələrin tarixi hadisələrlə bağlı təktərəfli mövqeləri qəbul etdirmək və beynəlxalq ictimaiyyət nəznində təzhyiq etmək cəhdləri hüququn və əxlaq baxımından yanlışdır. Bu, bölgəmizdə sülh və sabitliyə qarşıdır. Ermənistandan istəyimiz mübahisəli tarixi məsələləri bir kənara qoyaraq, yaxın tarixin ən dəhşətli bəşəri cinayətlərindən biri olan Xocalı soyqırımına görə cavab verməsidir”, - deyə Türkiyə XİN bəyan edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm