Azay Quliyev: “Bu ifadə yanlış anlaşılmaları aradan qaldıra bilər”
Bizi izləyin

Nida Xəbər

Azay Quliyev: “Bu ifadə yanlış anlaşılmaları aradan qaldıra bilər”

"Mən qanun layihəsinə səs verəcəm. Amma deputatların bəzi təkliflərini nəzərə almalıyıq. 4.1.4-cü maddə mətbuatda manipulyasiya edildi. Bu məsələyə bir daha baxıb, dəyişiklik edərək müzakirəyə son qoya bilərik".

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanununun layihəsinin müzakirəsi zamanı çıxış edən Azay Quliyev deyib.

Deputat təklif edib ki, 4.1.4 maddəsinə Konstitusiya quruluşunun zorakılıqla ələ keçirilməsi ifadəsi əlavə olunsun: “4.1.4-cü maddəyə bu ifadənin əlavə edilməsi mitinqlərə ordunun cəlb edilməsi kimi yanlış anlaşılmaları aradan qaldıracaq”.

Azay Quliyev eyn zamanda təklif edib ki, qanun layihəsinin 1.0.2-ci maddəsində “ərazi bütövlüyü” ifadəsi əvəzinə “beynəlxalq səviyyədə tanınan sərhədlərin zor gücü ilə dəyişdirilməsi” ifadəsi ilə əvəz olunsun.

Sonda deputat Suilahlı Qüvvələrə ictimai nəzarətlə bağlı təklifləri də dəstəkləyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm