Vahid Əhmədov: “İntizam Komissiyasının tərkibi genişləndirilsin” - TƏKLİF
Bizi izləyin

Nida Xəbər

Vahid Əhmədov: “İntizam Komissiyasının tərkibi genişləndirilsin” - TƏKLİF

"Seçki Məcəlləsinə edilən dəyişikliklər əhəmiyyətlidir. Odur ki, həm mətbuatda, həm də deputatlar arasında dəyişikliklərlə bağlı mülahizələr səslənir. Əli Hüseynlinin də dediyi kimi dəyişikliklər daha çox məcəlləni referendumdan sonra Konstitusiyaya uyğunlaşdırmaq məqsədi daşıyır:

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə Seçki Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov səsləndirib. V. Əhmədov qeyd edib ki, daha çox müzakirəyə səbəb olan məqam Milli Məclis deputatının mandatdan mərhum edilməsi ilə bağlıdır: “Xatırlayırsınızsa, Deputatların Etik Davranış məsələsi müzakirə edilərkən bu məqama daha çox diqqət yetirildi. İndi Seçki Məcəlləsinə yeni dəyişikliklərə əsasən, deputatın mandatdan mərhum edilməsi məsələsinə Milli Məclisin özü qərar verəcək. Mən təklif edirəm ki, İntizam Komissiyasının tərkibi genişləndirilsin. Bizim taleyimiz öz əlimizdədir. Təşəkkür edirəm ki, belə bir dəyişikliyə nail olmusunuz”.

Millət vəkili qeyd edib ki, pulsuz efir vaxtı da ciddi məsələdir: “Buna görə, büdcədən müvafiq televiziyaya və dövlət nəşirlərinə birbaşa ödəniş edilir. Hesab edirəm ki, bu da müsbət haldır. Eyni zamanda, Seçki Məcəlləsində yaş senzinin aradan qaldırılması da pozitiv addımdır. Ümumilikdə, Seçki Məcəlləsinə edilən dəyişikliklər mütərəqqi dəyişiklikdir və ona səs verəcəyəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm