GUAM çərçivəsində parlamentlərarası əməkdaşlıq dərinləşdiriləcək
Bizi izləyin

Nida Xəbər

GUAM çərçivəsində parlamentlərarası əməkdaşlıq dərinləşdiriləcək

“GUAM təşkilatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlıq dərinləşdiriləcək”.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Giorgi Mosidze deyib. Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna üçün ərazi bütövlüyünün bərpası real problem olaraq qalır: “GUAM-a üzv ölkələrin ərazi bütövlüyünün bərpası üçün parlamentlər səviyyəsində səylər artırılacaq”.

G.Mosidze əlavə edib ki, sabah Tbilisidə keçiriləcək GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında qəbul olunacaq yekun sənəddə təşkilata üzv ölkələrin ərazi bütövlüyü məsələsi də yer alacaq.

Qeyd edək ki, GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və millət vəkili Əli Məsimli təmsil edəcək. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm