Vasif Talıbov İranın XİN rəhbəri ilə görüşdü - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Vasif Talıbov İranın XİN rəhbəri ilə görüşdü - - FOTOLAR

Iranda səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 17-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə Vasif Talıbov İran İslam Respublikasının Azərbaycan Respublikası ilə, xüsusilə də, Naxçıvan MR ilə əlaqələrin inkişafından məmnunluğunu dilə gətirib və İranla enerji, turizm və yükdaşımaları sahəsində əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran və Azərbaycan xalqları hər iki ölkəni öz evləri hesab edir və qarşılıqlı səfərlər zamanı heç zaman qəriblik hissi keçirmirlər: “İran islam Respublikası Azərbaycanla bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməyi alqışlayır və bunun üçün tam hazır olduğunu bildirir. Xüsusi ilə dəmir yolu sahəsində, yol tikintisi, kənd təsərrüfatı, müştərək istehsalat sahələrində, gömrük və elektirik enerjisi eləcədə digər sahələrdə əməkdaşlığımızı daha da gücləndirməliyik”. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm