Nida Xəbər
Ter-Petrosyanın "Qarabağı qaytaraq" tələbi GÜNDƏMDƏ: Danışıqlar masasında hansı variant var?
“Ermənistan milli konqresi” partiyası Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon
Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir.
Publika.az xəbər verir ki, bu barədə partiyanın mətbuat
katibi Arman Musinyan deyib.
Onun sözlərinə görə, “Erməni milli konqresi” Ter-Petrosyanın
2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında
münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant
hesab edir.
Qeyd edək ki, Ter-Petrosyan qurultayda çıxışı zamanı Ermənistanın
düşdüyü acınacaqlı vəziyyətdən xilas olması üçün Qarabağ
münaqişəsinin sürətli həllinin vacib olduğunu açıqlamışdı.
“Təhlükəsizliyin təmini, iqtisadi inkişaf və Ermənistanda
demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll
olunmalı, eləcə də Türkiyə ilə münasibətlər normallaşmalıdır.
Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizama
salınma variantı mövcuddur. Əgər biz o zaman buna nail olsaydıq, bu
illər ərzində çəkdiyimiz əzablar və itkilərlə qarşılaşmazdıq.
Heyfslənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri
vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli
anı itirdik”, - deyə Petrosyan qeyd etmişdi.
Asif
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ