Nida Xəbər
Bakıdan Qarabağla bağlı YENİ GEDİŞ - Sarkisyan və Nalbandyan yanvarda olacaqları AÇIQLADI
Yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan
xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Publika.az xəbər verir ki, ötən ilin sonlarında ATƏT-in
Minsk qrupunun həmsədrləri nazirlərin görüşünün planlaşdırıldığını
açıqlamışdı. Lakin görüşün konkret vaxtı və yeri hələlik məlum
deyil.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki,
onlar konstruktiv mövqeyə köklənib: “Biz mövqelərin
yaxınlaşdırılmasına və prosesi yerindən tərpətməyə hazırıq”.
Nazirlərin görüşdə nələri müzakirə edəcəyi, münaqişənin həlli ilə
bağlı hansı irəliləyişlərin ola biləcəyi haqda heç bir məlumat
yoxdur. Amma Ermənistan mediası İrəvanın güzəştlərə gedə biləcəyini
yazır. Xüsusilə Nalbandyanın açıqlaması bu ehtimalı artırır.
Erməni siyasi şərhçi Aram Sarkisyan yazır ki, nazirlər qarşıdakı
görüşdə münaqişə ilə bağlı güzəştəli razılaşmaya nail ola
bilərlər.
Ermənistanı müdafiə edən rusiyalı politoloq Stanislav Tarasov deyir
ki, nazirlər görüşməyə razıdırlarsa, deməli danışıqların predmeti
var.
“Mümkündür ki, ortada yeni bir təklif, yaxud variant var. Bu, bizə
məlum deyil. Lakin diqqətçəkən məqam Azərbaycan tərəfinin görüşə
pozitiv yanaşmasıdır. Bu, görüşdə Ermənistanın hansısa məsələlərdə
razılaşa biləcəyinə işarədir. Mümkündür ki, Azərbaycan Minsk
qrupunun hansısa təklifi ilə razılaşa və diplomatik manevrlər
edərək, rayonların qaytarılması, həmçinin Qarabağın statusu
məsələsində istədiyinə nail ola bilər”, - deyə o bildirib.
Asif
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO