Davos forumunun gündəliyi açıqlandı
Bizi izləyin

Nida Xəbər

Davos forumunun gündəliyi açıqlandı

Yanvarın 23-dən 26-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun gündəliyi açıqlanıb.

Report-un verdiyi xəbərə görə, bu barədə forumun təşkilatçıları məlumat verir.

"Önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına" həsr ediləcək forumun əsas mövzuları bəynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyata aid olacaq.

Dünya İqtisadi Forumunda Afrikadan 10, Yaxın Şərq ölkələri və Şimalı Afrikadan 9, Latın Amerikası ölkələrindən 6 hökumət və dövlət başçısı iştirak edəcək.

Burada həmçinin ABŞ prezidenti Donald Trampın, Fransa prezidenti Emmanuel Makronun və Britanıyanın baş naziri Tereza Meyin iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm