İsa Qəmbər evə buraxıldı, amma...
Bizi izləyin

Nida Xəbər

İsa Qəmbər evə buraxıldı, amma...

“İsa Qəmbər müayinə edildi, səhhətində hər şey qaydasından olduğundan bu gün evə buraxıldı”.

Bu barədə Publika.az-a İ.Qəmbərin həkimi, kardioloq Firdovsi İbrahimov məlumat verib.

F.İbrahimov bildirib ki, İ.Qəmbər evə buraxılsa da, müalicəsi sürdürüləcək:

“Özünü yaxşı hiss edirdi, lakin buna baxmayaraq, o, daim həkim nəzarətində olmalı, müalicəsini davam etdirməlidir. Bu gün üçün də keçirdiyi əməliyyata nəzərən vəziyyətini yaxşı dəyərləndiririk”.

Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ötən həftə infarkt keçirərək Mərkəzi Klinikaya yerləşdirilib. Klinikada əməliyyat edilib, ürəyinə stend qoyulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm