Şəhidlərimiz İstanbulda anıldı - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Şəhidlərimiz İstanbulda anıldı - FOTOLAR

İtanbulda Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Publika.az xəbər verdi ki, tədbirdə İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və onların ruhuna dualar oxunub. Sonra Qanlı Yanvar gecəsinin dəhşətlərini əks etdirən sənədli filmin nümayiş olunub.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu, professor Adil Allahverdiyev, Türkiyə-Azərbaycan İş Adamları Dərnəyinin sədri Tural Qurbanov, “Şahləniş” Hərəkatının qurucusu Murat Altun və başqaları 20 Yanvar faciəsi ilə bağlı fikir və mülahizələrini bölüşüblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş verənləri xalqımızın tarixi qəhrəmanlığı kimi dəyərləndirən çıxışçılar qeyd ediblər ki, Vətənimizin bütövlüyü və azadlığı uğrunda canlarını fəda edən qəhrəman övladlarımız bundan sonra da hər zaman ehtiramla anılacaq. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev o vaxt Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda törədilmiş cinayətə kəskin etiraz edib, bu faciənin dünya ictimaiyyətindən gizlədilməsinə imkan verməyib. Sonrakı illərdə isə Ulu Öndərin iradəsi ilə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib.

Mərasim “Şəhidlər ölməz, Vətən bölünməz” şüarının səsləndirilməsi ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm