Nida Xəbər
Nazarbayevin Qarabağ planı Ermənistanı QORXUYA SALDI: İrəvana gözlənilməz ZƏRBƏ
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən
Qazaxıstan rotasiya qaydalarına uyğun olaraq hazırda Şuraya
rəhbərlik edir. Bu, türk ölkəsinə sədrliyi müddətdə bir sıra mühüm
addımlar atmağa, ən azından, istədiyi məsələni Təhlükəsizlik
Şurasının gündəminə gətirməyə imkan yaradır. Rəsmi Astana sədrlik
postunu təhvil alanda prioritetlərinin nüvə silahı olmadan sülhə
nail olmaq, qlobal müharibənin qarşısını almaq, lokal münaqişələri
həll etmək, terrorizmə qarşı mübarizə aparmaq olacağını açıqladı.
Qardaş ölkə Qazaxıstanın bu mühüm posta yiyələnməsi Azərbaycanın
maraqları baxımından da tarixi hadisədir. Xüsusilə Astananın lokal
münaqişələrin həllini prioritet elan etməsi Dağlıq Qarabağ
münaqişəsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyi
ehtimalını artırır.
Publika.az xəbər verir ki, Ermənistan Qazaxıstanın Qarabağ
məsələsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyindən və
Azərbaycanı ərazi bütövlüyünün pozulduğu faktını beynəlxalq
ictimaiyyətin qarşısında qaldıracağından narahatdır.
Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və
Avrasiya İqtisadi İttifaqında Ermənistanla birgə təmsil olunmasına
baxmayaraq, Dağlıq Qarabağ məsələsində həmişə açıq şəkildə
Azərbaycanın mövqeyini dəstəkləyib. Misal üçün, 2015-ci ildə
Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv seçilərkən, prezident
Nursultan Nazarbayev Dağlıq Qarabağ məsələsini gündəmə gətirdi və
Azərbaycana açıq dəstək verdi. 2016-cı ildə “aprel müharibəsi”
zamanı da Astana Bakını sona qədər dəstəklədi. Bu tarixi təcrübə
fonunda İrəvan narahatlığını gizlətmir.
Erməni siyasi şərhçi Aram Sarkisyan yazır ki, Nazarbayev bütün
imkanlardan istifadə edərək, Azərbaycanın mövqeyini Təhlükəsizlik
Şurasının gündəminə gətirməyə çalışacaq.
“Bu, nəticə etibarilə mövcud vəziyyəti tam dəyişməsə də, diplomatik
sferada Ermənistana zərbədir”, - deyə o bildirib.
Rusiya Dövlət Dumasının MDB ilə iş komitəsinin sədr müavini
Konstantin Zatulin də Ermənistan mediasına açıqlamasında istisna
etmir ki, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü pozulduğu
faktını Təhlükəsizlik Şurasının gündəminə daşıyacaq: “Qazaxıstanla
Azərbaycanın sıx münasibətləri bunun baş verəcəyi ehtimalını
artırır. Təbii ki, Qazaxıstan müvəqqəti olaraq Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvüdür və sədrliyi də müvəqqətidir. Bu
baxımdan, onun hansısa qərar verməsi imkanı yoxdur. Lakin
dilplomatik mübarizədə və informasiya savaşında Qarabağ məsələsinin
gündəmə gətirilməsi Bakının maraqlarına uyğundur”.
Erməni politoloq Suren Sarkisyan hesab edir ki, Qazaxıstan Qarabağ
məsələsini gündəmə gətirsə, bu, Təhlükəsizlik Şurasının
qətnamələrinin də avtomatik gündəmə gəlməsinə səbəb ola bilər.
“Bu, Azərbaycanın uzun illərdir dilə gətirdiyi məsələdir və etiraf
etməliyik ki, Ermənistanın marağına uyğun deyil”, - deyə o
bildirib.
Asif
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı