Nida Xəbər
Cəbhəyə göndərilən öldürücü silahlar İrəvanı VƏLVƏLƏYƏ SALDI: “Bakı hər keçən gün...” - FOTO/VİDEO
Azərbaycanın Rusiyadan aldığı yeni silahlar həmişəki
kimi, yenə də Ermənistanda ciddi narahatlığa səbəb olub.
Publika.az xəbər verir ki, yanvarın 19-da Rusiyadan yeni
hərbi texnikanın növbəti partiyası Azərbaycana gətirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, gəmilər vasitəsilə Rusiyadan
Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş
sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində
yerləşən hərbi hissələrin sərəncamına veriləcək.
Rusiyada müasir texnikanın Bakıya gətirilməsi və qısa müddətə cəbhə
xəttinə göndərilməsi üçün hazırlanması işğalçı ölkənin qorxularını
daha da artırıb.
Ermənistan mediası ağır texnikanın cəbhəyə göndərilməsinin Dağlıq
Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələri üçün təhlükəli
nəticələrə səbəb olacağına diqqət çəkir. Xüsusilə bu tip hərbi
texnikanın 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları
zamanı uğurla tətbiq edilməsi, düşmənin xeyli sayda canlı qüvvəsi,
texnikası və digər vasitələrinin məhv edilməsində mühüm paya sahib
olması ermənilərin təşvişini ikiqata çıxarıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Rusiya reallıqda
müttəfiqi Ermənistana qarşı çıxır: “Azərbaycana silah satışında heç
bir maneələr yaranmayıb, əksinə Moskva və Bakı uğurla əməkdaşlıq
edir. Bu isə Azərbaycan Ordusunun ciddi şəkildə güclənməsi və rəsmi
Bakının “əraziləri hərbi yolla azad etmək” variantına hər keçən gün
yaxınlaşmasına zəmin yaradır. “Aprel müharibəsi”ndə Rusiya
Ermənistanı dəstəkləmədi və dəqiqliklə deyə bilərik ki, hər hansı
yeni müharibədə də bu belə olacaq”.
S.Artsruni Ermənistan hakimiyyətinin susqunluğunu tənqid edib.
“İrəvanda Rusiyaya etiraz etmək resursuna malik deyillər. Faktiki
olaraq, ölkə rəhbərliyində oturanlar qorxaq siyasət aparır. Bakı
isə ərazilərin azad olunmasına hər keçən gün daha da yaxınlaşır”, -
deyə o bildirib.
Asif
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama