Nida Xəbər
Düşmən ordusunda ŞOK İTKİ: 531 əsgər öldü – İrəvanda ÜSYAN ÇAĞIRIŞI
Ermənistan ordusunda 2010-2017-ci illər ərzində 531 itki
qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın
“Sülh dialoqu” ictimai təşkilatının hazırladığı hesabatda
deyilir.
Hesabatda qeyd olunur ki, 7 il ərzində itkilərin 235-i döyüş
şəraitində baş verib. 296 ölüm halı isə ordu daxili amillərlə
bağlıdır. Bura qətllər, intiharlar, ehtiyatsız hərəkətlərə görə baş
verən bədbəxt hadisələr, yararsız olanların orduya çağırılması kimi
hallar daxildir. Statistikaya görə, qeyri-döyüş şəraitində qeydə
alınan ölümlərin 56-sı qətl, 69-u intihar, 90-ı bədbəxt hadisə,
39-u sağlamlıq, 16-ı təhlükəsizlik qaydalarının pozulması, 9-u isə
yuxarıların səhlənkarlığı ucbatından baş verib.
Bu hesabat erməni ictimaiyyətində ciddi rezonansa səbəb olub.
Erməni siyasi şərhçi Tevos Arşakyan qeyd edir ki, ordu daxilində
baş verənlər daha çox ölümə səbəb olur, nəinki rəqibin gülləsi.
“Erməni anaya necə demək olar ki, sənin oğlun döyüşdə yox, komandir
tərəfindən qətlə yetirilir, yaxud təhqirlərə dözməyərək, intihar
edib?! Məhz bu hadisələrə görə erməni valideynlər övladlarının
Qarabağa getməməsi üçün bütün vasitələrə əl atırlar. Ermənistan
ordusuna rəhbərlik edənlər təkcə bacarıqsız deyil, həm də
tamahkardırlar. Onlar üçün dövlətin ən əhəmiyyətli sosial institutu
qazanc mənbəyinə çevrilib. Bu gün Seyran Ohanyanın, Manvel
Qriqoryanın, Yuri Xaçaturovun, Seyran Saroyanın, Aykaz Baqmanyanın
və digərlərinin Ermənistanın ən varlı adamları olması əbəs yerə
deyil. Bu gün orduya paqonlu oliqarxlar nəzarət edir. Onlar ordunun
əmlakını satırlar, gənc uşaqlar isə qeyri-döyüş şəraitində məhv
olurlar. Seyran Ohanyanın vəzifədən gedəndə müəyyən ümidlər
yaranmışdı, lakin Viqen Sarkisyan ondan daha pis oldu”, - deyə o
bildirib.
Erməni şərhçi əhalini etirazlar etməyə çağırıb: “Övladlarımızın
məhv olmasına göz yuma bilmərik, bu statistika sistemə qarşı
çıxmağa əsas yaradır”.
Asif
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü