Prezident Administrasiyasına ən çox şikayət edənlərin adı açıqlandı
Bizi izləyin

Nida Xəbər

Prezident Administrasiyasına ən çox şikayət edənlərin adı açıqlandı

Ötən il Prezident Adminstrasiyasına təkrar müraciətlər daha çox hüquq mühafizə, məhkəmə orqanlarının fəaliyyəti, şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti, sosial müdafiə, mənzil, torpaq, səhiyyə, maliyyə və bank, dövlət qulluğu və kadr, enerji daşıyıcıları və su təchizatı, şəhərsalma və tikinti, elm və təhsil, kənd təsərrüfatı, qaçqınların və məcburi köçkünlərin problemləri barəsindədir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun ötən ilin yekunları ilə bağlı yazdığı məqaləsində bildirib.

S.İsmayılov bildirib ki, bəzi hallarda vətəndaşlar tələblərinin əsassız olduğu barədə izahatla razılaşmır, eyni müraciətinə müxtəlif instansiyalardan əsaslı cavablar almalarına baxmayaraq, təkrar müraciətlər göndərməkdə və qəbula gəlməkdə davam edirlər.

“Abşerondan Sima Hüseynova, Binəqədidən Zərbani Ağayeva, Roza Hümbətova, Nərimanovdan Ülviyyə Baxşiyeva, Kamran Rəcəbov və Yeganə Səlimova, Nəsimidən Sevda və Gülnarə Hüseynovalar, Suraxanıdan Nizami Əlibəyov, Aygün Əmiraslanova, Səmilə Məşədiyeva və Rəşid Rzayev, Yasamaldan Elman Abiyev, Elmidar İsmayılov, Sevil Səfərova, Sevda Süleymanova, Kəmalə Abdullayeva və Yelena Yusupova, Masallıdan Elçin Axundzadə, Şahid Əliyev, Əlizamin Bədirov, Ağdamdan Rafil Hətəmov və İsmayıl Məmmədov, Biləsuvardan Tacəddin Əliyev, Füzulidən Anar İsmayılov, Qubadlıdan Bakir Bayramov, Lerikdən İlham İbadlı, Sabirabaddan Vilayət Cəbrayılov, İmişlidənQalib Nağıyev, Kürdəmirdən Kamil Kərimov, Ucardan Şahlar Ələkbərov, Zəngilandan Yaşar Ağazadə, Qazaxdan Minayə Əliyeva və başqaları müxtəlif mövzularda ən çox müraciət edən vətəndaşlardır.Təəssüf ki, bu vətəndaşların bir çoxu müraciət etmək hüququndan sui-istifadə edərək, müəyyən təzyiqlər vasitəsilə əsassız tələblərinin yerinə yetirilməsinə cəhd göstərirlər. Bu da nəzərə alınmalıdır ki, onlar il ərzində dəfələrlə Prezident Administrasiyasının məsul şəxslərinin qəbulunda iştirak edib”.

Şöbə müdiri bildirib ki, təkrar müraciətlərin arasında kollektiv müraciətlərə də təsadüf olunur.

“Ümumiyyətlə, kollektiv müraciətlər daha çox Bakı şəhərinin rayonlarından, həmçinin Ağcabədi, Ağstafa, Astara, Bərdə, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göyçay, Göygöl, Kəlbəcər, Kürdəmir, Qax, Quba, Masallı, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı və digər rayonlardan daxil olub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm