• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

QHT-lər İlham Əliyevin namizədliyini dəstəkləyəcək - BƏYANAT

QHT-lər İlham Əliyevin namizədliyini dəstəkləyəcək - BƏYANAT

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının Ümumrespublika Konfransı keçirilib.

Konfransda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni prezident seçkilərinin aprelin 11-nə təyin olunmasının milli maraqlara xidmət etdiyini söyləyib.

Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinə dəstəyindən söz açan İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyib ki, qərbyönümlü seçki təşkilatları Azərbaycanda seçki kampaniyasının 90 gündən 60 gündən endirilməsi və seçki təşviqatı ilə bağlı müddətin 23 günə endirilməsini tənqid edirlər: “Ancaq sonradan araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır. Hətta İspaniyada seçki təşviqatı üçün cəmi 10 gün ayrılır. Biz hesab edirik ki, gələcəkdə seçki komissiyaları da ümumiyyətlə, siyasi partiyaların inhisarından çıxarılmalı, müstəqil ekspertlərdən, QHT nümayəndələrindən, jurnalistlərdən təşkil edilməlidir”.

M. Zülfüqarlı prezident seçkilərinin önə çəkilməsinə də toxunub: “Azərbaycan demokratik ölkədir, son referendumda qəbul edilən Konstitusiyada prezidentin səlahiyyət müddəti 7 il olacaq. 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcəkdi. Ona görə də ölkə rəhbəri prezident seçkilərinin yazda keçirilməsi barədə sərəncam verib. Digər tərəfdən, qarşıdakı dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar atıla bilər. Bu da prezident seçkilərinin vaxtının dəyişdirilməsinə təsir göstərən amillər sırasında ola bilər".

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edir, sabitlik mövcuddur: “Bizim namizədimiz İlham Əliyev olacaq”.

Çıxışlardan sonra QHT-lər adından prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə müraciət qəbul edilib. (apa)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>