MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlədi
Bizi izləyin

Nida Xəbər

MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlədi

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, iclasda İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

İclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiya tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Oruc namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb.

Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK A.Umudov, F.Əliyev, T.Abbaslı və Z.Orucun namizədliyinin irəli sürülməsini təsdiq edib.

Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Mərkəzi Seçki Komissiyasının iclasında YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri təsdiqlənib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov və partiyanın icra katibinin müavini Mübariz Qurbanlı prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri olub.

YAP icra katibinin müavini Siyavuş Novruzov isə YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi təsdiqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm