Prezidentin köməkçisi: "Seçkiləri elə səviyyədə keçirməliyik ki,...
Bizi izləyin

Nida Xəbər

Prezidentin köməkçisi: "Seçkiləri elə səviyyədə keçirməliyik ki,...

Biz yerlərdə monitorinqlər keçiririk. Yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verilib ki, təbliğat-təşviqat tədbirlərinin keçirilməsi üçün yerləri müəyyən etsinlər və siyahıları mətbuatda dərc etsinlər".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev bildirib.

Z. Nağdəliyev seçici siyahılarının daim diqqət mərkəzində olduğunu söyləyib: "2008-ci ildə 500 seçki məntəqəsində veb-kameralar quraşdırıldı. Təəssüf ki, veb-kameraların quraşdırılmasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndirən qüvvələr də oldu. Artıq iki seçkini məntəqələrdə 1000 veb-kameranın tətbiq olunması ilə keçirmişik. Səslərin hesablanması zamanı kameralar həmin yerə tuşlanır. Seçkiləri elə yüksək səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə də yüksək səviyyədə qiymətləndirilsin ". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm