Penitensiar müəssisələrdə seçki komissiyaları yaradılıb
Bizi izləyin

Nida Xəbər

Penitensiar müəssisələrdə seçki komissiyaları yaradılıb

"Konstitutiyamıza edilən son dəyişikliyə görə, prezidentliyə yaş məhdudiyyəti yoxdur. Yeni seçilən prezident 7 illik səlahiyyət müddətinə sahib olacaq. Prezidentin parlamenti buraxmaq səlahiyyəti var”.

Ədliyyə nazirinin müavini Azər Cəfərov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Nazir müavini deyib ki, vətəndaşlarının aktiv seçki hüququnun təmin edilməsində Ədliyyə Nazirliyinin üzərinə çox böyük məsuliyyət düşür:

“Ədliyyə orqanlarının seçkilərinin keçirilməsi və təşkilində vəzifəsi məlumdur. Bura normativ sənədlərin təsdiq edilməsi, penitensiar müəssisələrdə, yəni istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçkilərin təşkil edilməsi daxildir. Artıq 22 ildir ki, Azərbaycandakı seçkilərdə məhkum olunmuş şəxslərin seçkidə iştirakının təmin edilməsində MSK ilə Ədliyyə Nazirliyi çox sıx əməkldaşlıq edir. Böyük Britaniya, Almaniya, Macarıstan, Bolqarıstanda məhkum olunmuş şəxslərin hüququ yoxdur, Türkiyə, İsveçrə və Qazaxıstanda məhkumlar müəyyən məhdudiyyətlərlə seçkilərdə iştirak edir. Penitensiar müsəssisələrdə seçkilər MSK-nın təlimatlarına uyğun olaraq keçirilir. Penitensiar müəssisələrin böyük əksəriyyətində seçki komissiyaları yaradılıb. Səsverənlərin sayından asılı olaraq elə müsəssisələr var ki, onlarda iki seçki məntəqəsi yaradılıb. 2013-cü ildə keçirilən prezident seçkilərində məhbusların 99 faizi seçkilərdə iştirak edərək, səsvermə hüququndan istifadə edib”. (azvision.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm